Ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsi ilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır.
POS sözü, ingiliscə Point of Sale sözünün baş hərflərinin bir araya gəlməsindən meydana gəlmiş və satış nöqtəsi mənasını verməkdədir. Otel, restoran, kafe, bar, fast food kimi obyektlərə, market kimi pərakəndə sektoruna uyğun satış məntəqəsi sistemləridir.
Pos Sistemi ilk dəfə, 1974-cü ilin ortalarında Nyu Cersidə olan Patmark və Dillards mağazalarında istifadə edilib.
POS-terminallar vasitəsilə nağdsız ödənişlər həyata keçirilir. Yəni, kart sahiblərinin nağd vəsaiti olmasa da alış-veriş etmələrini təmin edərsiniz. POS-terminal vasitəsilə malın və ya xidmətin ödənilməsi zamanı müştəridən komissiya tutulmur.
Bu sistemlər sadəcə müştərilərə deyil eyni zamanda müəssisələrə də xeyir verir. Belə ki, POS-terminaldan istifadənin müəssisələrə təmin etdiyi rahatlıqlar aşağıdakılardır:
- ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması;
- qalıq məbləğin müştəriyə qaytarılması üçün kiçik əskinaslara ehtiyacın yaranmaması;
- müştərilərin sayının artırılması;
- nağd vəsaitlərlə olan əməliyyatlarda iş yükünün azaldılması;
- inkassasiya xidmətlərinə olan ehtiyacın azaldılması;
- mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması;
- saxta pullarla hesablaşma riskinin aradan qaldırılması.
POS-terminal vasitəsilə əməliyyatlar icra edərkən bəzi nüanslarda diqqətli olmalısınız:
- POS-terminal vasitəsilə ödənişlərin aparılması zamanı ödəniş kartı daima nəzarət altında saxlanılmalıdır;
- hesablaşmanın aparılması zamanı PİN-kodu daxil etdikdə, digər şəxslərin görməməsi təmin edilməlidir;
- məhsul və xidmətlərin dəyəri ödənilərkən müvafiq qəbzin verilməsi tələb edilməlidir;
- POS-terminal vasitəsilə PİN kod daxil edilmədən əməliyyat həyata keçirərkən qəbz imzalanır. Qəbzin imzalanması kart sahibinin hesabından pul vəsaitinin silinməsinə razılıqdır (bəzən qəbzin imzalanması tələb olunmur);
- qəbz üzərində zəruri rekvizitlərin (ödənişin məbləği, ödənişin valyutası və s.) olmasına diqqət yetirilməlidir;
- Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisəsində həyata keçirilmiş alış geri qaytarılarkən ödənilmiş pul vəsaitinin kart hesabına bərpa edilməsi məqsədəuyğundur.
Azərbaycanda bir sıra banklar POS-terminallarının quraşdırılmasını həyata keçirirlər. 30 mindən çox o POS-terminal Bakı və rayonlarımızda quraşdırılıb.
Siz aşağıdakı cədvəldə ölkəmizdə fəaliyyət göstərən POS-terminallarla tanış ola bilərsiniz:
Bank
|
Pos-terminallar
|
|
Bakı |
Region |
|
Agbank |
||
Atabank |
||
Atrabank |
||
Bank Avrasiya |
||
Bank of Baku |
||
Bank Technique |
||
Kapital Bank |
||
NBC Bank |
Qeyd: Pos-Terminal siyahısı bankların rəsmi veb səhifələrindən götürülüb. Təəssüf ki, əksər bankların saytında bu siyahılar verilməyib.
Aşağıdakı cədvəldə isə sizi Banklarımızın partnyoluq etdiyi ticarət şəbəkələri ilə tanış etmək istərik. Qeyd edək ki, həmin məntəqələrdə adları qeyd olunan bankların POS-terminalları ilə ödəniş edə bilərsiniz.
Bankın adı |
Partnyorluq etdiyi ticarət obyektləri |
AccessBank |
|
Agbank |
|
Bank of Baku |
|
Bank Respublika |
http://www.bankrespublika.az/az/individual-clients/plastic-cards/paykart/ |
Unibank |
|
Yapı kredi Bank Azərbaycan |
http://www.worldcard.com.az/uye-isyerlerimiz/world-kampanyalari/avto/ak-45.aspx |
Nikoil Bank |
Günel Abduraxmanova / Banco.az