Portuqaliya xarici yardımlara son verir | Banco.az

Portuqaliya xarici yardımlara son verir

İqtisadi böhran sonrası AB və BVF-nin xilasetmə proqramına girən Portuqaliya, üç ildən sonra söz mövzusu proqramdan çıxacağını bildirdi.

Financial Times-in xəbərinə görə Portuqaliya Baş naziri Pedro Passos Coelho, ölkənin 17 May etibarilə 131 milyard dollarlıq qurtarma paketindən çıxacağını açıqladı. Qurtarma paketindən çıxan Portuqaliya, xarici qaynaqlı hər hansı bir təcili kredit xəttinə də ehtiyac duymayacaq. Coelho, "Bizi bir il boyunca xarici qaynaqlı çalxantıdan qoruyacaq maliyyə rezervimiz var" dedi.

Ən sərfəli kredit üçün müraciət et

İrlandiya altı ay əvvəl AB və BVF qaynaqlı kömək proqramdından çıxdığını bildirmişdi. Bənzər bir açıqlama yanvar ayında İspaniyadan gəlmişdi. Portuqaliyanın xilasetmə proqramına son verəcəyini şərhiylə AB və BVF qaynaqlı proqramlara davam edən iki ölkə olaraq geriyə Yunanıstan və Cənubi Kipr qalmış oldu. 

Günel Abduraxmanova / Banco.az