Portuqaliya yaşama izni verən ən yaxşı ölkə seçilib | Banco.az

Portuqaliya yaşama izni verən ən yaxşı ölkə seçilib

Portuqaliya 2017-ci ildə investisiya proqramları vasitəsi ilə yaşama izninin alınması mümkün olan ölkələrin reytinqində birinci yerdə qərarlaşıb, bu haqda Banco.az Henley & Partners kompaniyasına istinadən məlumat verir.

Reytinqdə müxtəlif ölkələrdən 20 proqram iştirak edib, onlar 15 göstərici əsasında qiymətləndirilib: reputasiya, həyat keyfiyyəti, vergi mükəlləfiyyəti, vizasız gediş gəlişi olan ölkələrin sayı, ümumi xərclərin miqdarı və s.

Investisiyalar vasitəsi ilə müvvəqqəti yaşama icazəsi almaq üçün ən yaxşı ölkə üçüncü dəfədir ki Portuqaliya seçilib: minimal investisiya miqdrı 250 min avrodur, yaşama icazəsinin maksimum müddəti 5 ildir. İlk üçlüyə həmçinin Avstriya  və Belçika da daxil olub. Siyahıda 5-ci yerdə Tailand qərar tutub, ölkə yaşamaq izni ilə bağlı yeni proqrama başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Vətəndaşlıq  - yəni pasport, səsvermə hüququ əv bu statusun övladlara ötürülməsi ixtiyarını pulla almaq mümkün olan ölkələr sırasında isə lidelrik Maltaya məxsusdur. Malta vətəndaşlığı ilə siz 167 ölkəyə vizasız gedib gələ bilərsiniz. Bundan ötrü 880 min avro investisiya tələb olunur. İlk üçlüyü həmçinin Kipr və Avstriya da daxil olub.