Polşanın kredit reytinqi aşağı salınıb | Banco.az

Polşanın kredit reytinqi aşağı salınıb

Müəllif - Aida İsaq, Banco.az

Almaniyanın "Scope" agentliyi inflyasiya proqnozunun pisləşməsi fonunda Polşanın kredit reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, ölkənin uzunmüddətli xarici və yerli valyutada reytinqləri "A+"dan "A"ya, qısamüddətli reytinqləri isə "S-1+"dan "S-1"ə endirilib. Məlumata görə, idarəetmə institutlarının zəifləməsi və Polşa hökuməti ilə Avropa İttifaqı (Aİ) arasında qanunun aliliyi ilə bağlı fikir ayrılıqları Aİ-nin maliyyələşdirilməsi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. Reytinqin aşağı salınmasında yüksək inflyasiyanın fiskal balansa mənfi təsirləri də özünü göstərib. 

Kredit reytinqinin aşağı salınmasından sonra proqnoz "mənfi"dən "stabil"ə dəyişdirilib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et