Müəllif - Aida İsaq, Banco.az
Polşanın nüvə enerjisi şirkəti “PEJ2 ABŞ-da yerləşən “Westinghouse” və “Bechtel” konsorsiumu ilə ölkənin ilk atom elektrik stansiyasının tikintisi üçün müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva müvafiq əməkdaşlığın Polşada nüvə enerjisinin inkişafı, həm də Polşa-ABŞ münasibətləri üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanılacaq. 2033-cü ildə isə fəaliyyətinə start veriləcək.
Qeyd olunur ki, müvafiq enerji mərkəzi digər Avropa dövlətlərinə də xidmət göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!