Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit! | Banco.az

Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit!

Azərbaycan Beynəlxalq Bankı 2 İyul “Polis işçilərinin peşə bayramı günü”nə özəl kampaniya elan edib.

01 iyuldan 15 iyula qədər davam edəcək kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının TamKart Visa Classic, TamKart Visa Gold, TamKart Mastercard Standard, TamKart Mastercard Gold kartları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına pulsuz təklif olunur.

Müştərilərə çox böyük faydalar, o cümlədən hissə-hissə ödəniş və kəşbək imkanları yaradan TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.

Kampaniya ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları nağd pul kreditini də Azərbaycan Beynəlxalq Bankından 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. Kampaniyadan Daxili İşlər Nazirliyinin hər bir əməkdaşı faydalana bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram