Play Store-dan istifadəçiləri sevindirəcək YENİLİK | Banco.az

Play Store-dan istifadəçiləri sevindirəcək YENİLİK

Tamara Mustafayeva, Banco.az

Android əməliyyat sisteminin tətbiq mağazası Play Store-a yeni əlavə ediləcək funksiya sayəsində istifadəçilər yüklədikləri tətbiqləri bir-birləri ilə bölüşə biləcəklər.

Məlum olduğu kimi, Android istifadəçiləri bir-birləri ilə kabelsiz məlumat mübadiləsi həyata keçirə bilirlər. Google bu prosesi daha yüksək səviyyəyə çatdıracaq yeni addım atmağa hazırlaşır. Yayılan məlumatlara görə, istifadəçilər mobil telefonlarında olan tətbiqləri bir-birləri ilə bölüşə biləcəklər. Yəni, bir mobil telefona yüklənmiş tətbiq ilə digər istifadəçi kabelsiz bağlantı yaradaraq ondan istifadə edə biləcək.

Play Store yeni funksiya

İstifadəçilər bu funksiyadan Play Store tətbiqindəki "Tətbiqlərim" menyusu vasitəsilə istifadə edə biləcək. Belə ki, buradan istifadəçilər bölüşmək istədikləri tətbiqi seçə biləcəklər. Daha sonra isə tətbiqdən istifadə etmək istəyən digər istifadəçi yenə Play Store vasitəsilə həmin telefonla bağlantı yarada biləcək. Google bu funksiyadan istifadə edilməsi üçün istifadəçilərdən NFC, Wi-Fi və ya Bluetooth xidmətlərinin aktivləşdirilməsini tələb edəcək.

Şirkət sözügedən funksiya ilə bağlı rəsmi açıqlama etməsə də, yayılan məlumatlara görə, funksiya hazırda sınaq mərhələsindədir. Sözügedən funksiyanın ödənişli tətbiqlərdə aktivləşdirilməsi ehtimalı isə olduqca aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Facebook universitet tələbələrinə özəl yeni sosial şəbəkə yaradır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et