Plastik kartınızın şifrəsini unutmusunuz ? | Banco.az

Plastik kartınızın şifrəsini unutmusunuz ?

Biz çox tez-tez ticarət məntəqələrində nağdsız ödəniş edərkən və yaxud bankomatdan nağd pul çıxararkən öz pin-kodumuzu – 4 rəqəmdən ibarət gizli şifrəmizi daxil edirik.
Pin-kod plastik kartların hazırlandığı prosessinq mərkəzində yaradılır. Bu şifrəni xüsusi proqram yaradır və 4 rəqəmdən ibarət şifrədəki rəqəmlər təsadüfi ardıcıllıqla yaradılır. Bu şifrə plastik kartla birgə xüsusi zərfdə onun sahibinə təqdim edilir.
Beləliklə, bank əməkdaşlarından heç biri sizin şifrənizin hansı olduğunu bilmir. Əgər öz pin-kodunuzu unutmusunuzsa bankın texniki kömək xidmətinə zəng etməyin heç bir mənası yoxdur. Lakin bununla yanaşı, plastik kartınızdan hələ də aşağıdakı məqsədlər üçün istifadə edə bilərsiniz:
Bankın kassasından şifrə daxil edilmədən şəxsiyyət vəsiqəsi ilə pulları əldə etmək;
Ticarət məntəqələrində plastik kartla alış-veriş əməliyyatını pin-kod olmadan təsdiq etmək;
Kartın arxa hissəsində göstərilən kodu daxil edərək online alış-veriş etmək.
Bununla belə, bir çox hallar var ki, pin-kod olmadan keçinə bilməzsiniz. Əgər heç cürə şifrənizi xatırlaya bilmirsinizsə və içərisində şifrə olan zərfi itirmisinizsə, bu halda banka gedəərk yeni plastik kartın buraxılması ilə bağlı ərizə yazmalısınız. Sadəcə olaraq şifərni dəyişmək mümkün deyil, yeni şifrə ilə yeni kart əldə etmək mütləqdir. Bir çox maliyyə təşkilatlarında bu ödənişli olaraq həyata keçirilir. Yeni kartın buraxılması təqribən 1 həftə tələb edir. Yeni kart artıq hazır olduqda, köhnə hesabdakı məbləğ yeni karta köçürülür.
Sonda pin-kodunuzu unutmamaq üçün sizə 2 sadə üsul məsləhət görürük:
Buna baxmayaraq, öz şifrənizi xatırlamağa çalışın. Şifrənizi unutmamaq üçün onu hər hansı bir tarixlə əlaqələndirir. Belə olduqda onu yadda saxlamaq da nisbətən asanlaşacaq.
İçərisində şifrəniz qeyd olunmuş zərfi atmayın. Zərfi evdə, etibarlı bir yerdə saxlayın ki, sizə lazım olduğu an onu əldə edə biləsiniz.

Ən sərfəli kredit üçün müraciət et

xezerxeber.com