Pininfarina yenilənmiş Hypercar Battista-nı təqdim etdi | Banco.az

Pininfarina yenilənmiş Hypercar Battista-nı təqdim etdi

“Automobili Pininfarina” özünün ən güclü avtomobil seriyası olan elektrik avtokarı “Battista”nın aerodinamik test proqramının birinci mərhələsini tamamlayıb. Aerodinamik boruda bir sıra testlərdən sonra, istehsalçılar elektrokarın kuzovunun ön hissəsini yenidən emal edərək, "avtomobilin formasını daha gözəl, zərif və Pininfarina dizayn prinsiplərinə uyğun hala gətiriblər".

Turində təqdimatdan sonra komanda, sınaqların aerodinamik boruda “Formula 1” və “Formula E”nin keçmiş yarış iştirakçıçısı tərəfindən idarə olunacaq növbəti mərhələsinə və trekdə ilk yarışlara keçir. Hazırda “Automobili Pininfarina”nın əsas test sürücüsü Nik Haydfelddir.

“Battista” “Pininfarina”nın ilk tam elektrikli hiperkarıdır. Avtomobil Xorvatiyanın  “Rimac” firmasının iştirakı ilə hazırlanıb və ilk dəfə bu ilin mart ayında Cenevrə avtosalonunda təqdim edilib. Hiperkar, hər təkərə bir-bir olmaqla quraşdırılmış dörd elektrik mühərriki ilə çalışır. Güc qurğusunun ümumi təsiri 1900 at gücü və 2300 Nm (nyuton-metr) fırlanma anıdır. Yerdən 100 km/s sürət yığmaq üçün “Battista” 2.0 saniyədən az müddətdə lazımdır. Maksimal sürət 402 km/saat təşkil edir. Avtomobil 1 dəfə enerji yığmaqla 450 km məsafə qət edə bilir.

Ən sərfəli kredit üçün müraciət et

“Battista”nın tirajı 150 ədəd olmaqla məhdudlaşdırılacaq: Avtomobilin 50-i Avropada, 50-i Şimali Amerikada, 50-i də Yaxın Şərq və Asiya ölkələrində satılacaq. Hər bir avtomobil Turin yaxınlığındakı Kambiano şəhərindəki “Pininfarina SpA” zavodunda əl ilə yığılacaq. Hiperkarın dəyəri 2 milyon avrodur. Sifarişi əvvəlcədən şirkətin saytında vermək mümkündür. 

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et