"Pejo Sitroen Rus" şirkəti Rusiyada minə yaxın "Peugeot" avtomobilini geri çağırır.
Qərar avtomobillərdə arxa təkərlərin möhkəmlənməsi ilə bağlı mümkün qüsurlarla əlaqədar qəbul edilib.
Geri çağırılma 2020-ci ilin noyabrından 2021-ci ilin oktyabrınadək Rusiyada satılmış "Peugeot 408" və "Peugeot Partner" avtomobillərinə şamil olunur.
Ümumilikdə 966 avtomobil geri çağırılır.
Qeyd olunur ki, həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.
trend.az
Bizi sosial şəbəkələrdən izləyin!!