Müəllif: Tamara Mustafayeva, Banco.az
“Petkim”: “STAR” neft emalı zavodunun 12%-lik payı dəqiqləşdirilib.
Banco.az xəbər verir ki, “SOCAR”ın Türkiyədəki törəmə şirkəti “Petkim” şirkətin “STAR” neft emalı zavodundakı dolayı iştirak payının 18 faizdən 12 faizə endirilməsinin yekun qərar olduğunu açıqlayıb.
Şirkət açıqlamasında bildirib ki, sözügedən dəyişikliyin qarşıya qoyulan hədəflərə ciddi təsir göstərməsi gözlənilmir.
Qeyd edək ki, “Petkim” keçən həftə sektordakı əlverişsiz şərtləri əsas gətirərək “STAR” neft emalı zavodunun səhmlərinin alınması ilə bağlı müqaviləni zavoddakı dolayı iştirak payını 480 milyon dollars bərabər olan 12 faizə endirmək istiqamətində yenidən nəzərdən keçirib. Əvvəlki razılaşmada 18 faiz dolayı paya görə 720 milyon dollar verilməsi razılaşdırılmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!