“PEŞƏKAR MÜHASİB ” təlim kursuna qeydiyyat başladı | Banco.az

“PEŞƏKAR MÜHASİB ” təlim kursuna qeydiyyat başladı

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Mühasib təlim kurslarına qeydiyyat elan edir. Bu təlim kursları Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiya” imtahanlarına hazırlıq məqsədi ilə təşkil olunur. Təlim kursu MHBS əsasında Mühasibat Uçotunun aparılması və MHBS əsasında Maliyyə Hesabatlarının hazırlanmasını özündə ehtiva edir.  

Təlim iştirakçılarına ARPA-nın Korporativ Üzvlərinin əməkdaşları olduğu təqdirdə 10%, eyni müəssisədən 1-dən artıq şəxs iştirak etdiyi təqdirdə isə 5% endirim edilir.

Qeyd etmək lazımdır ki, Peşəkar Mühasib olmaq üçün qoyulan 3 tələbdən biri də məhz peşəkar mühasib sertifikasiya imtahanında iştirak etməkdir.

Peşəkar Mühasib olmaq üçün qoyulan tələblər:

  1. "Peşəkar Mühasib" təşkilatı kimi  akkreditasiyadan keçmiş təşkilata üzv olmaq;           
  2. Dövlət İmtahan Mərkəzi tərəfindən  keçiriləcək sertifikasiya imtahanında  iştirak edərək sertifikat əldə etmək;
  3. Peşəkar Mühasib təşkilatına üzvlük barədə sənədi və peşəkar mühasib sertifikatını  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməklə reyestrdən keçmək.

Əlaqələndirici şəxs: Səadət Hüseynli

Tel: (+99455) 202 93 43; (+99412) 505 00 56

Email: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram