Pərviz Sədrəddinov aparıcı bankda mətbuat katibi təyin olundu | Banco.az

Pərviz Sədrəddinov aparıcı bankda mətbuat katibi təyin olundu

Pərviz Sədrəddinov fəaliyyətini artıq "Kapital Bank"da davam etdirəcək.

Bu barədə bir neçə gün əvvəl P.Sədrəddinov sosial şəbəkə şəxsi səhifəsində açıqlama yerləşdirmişdi.

2 ilə yaxın müddətdə işlədiyim və mənim üçün doğma olan "Expressbank"da bu gündən iş fəaliyyətim yekunlaşır. Bu bankda işlədiyim müddətdə mənə dəstək olan dostlara, tanışlara, həmkarlara, xüsusən də mətbuat katibinin ən çox ünsiyyətdə olduğu media nümayəndələrinə təşəkkürümü bildirirəm.

Pərviz Sədrəddinov aprel ayının 1-dən etibarən "Kapital Bank"da fəaliyyətini davam etdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Pərviz Sədrəddinov 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişdir. 2011-2014-cü illərdə "DəmirBank"da Reklam və PR üzrə baş mütəxəssis, 2014-2016-cı illərdə "Expressbank"da Mətbuat Katibi vəzifəsində çalışmışdır.

Pərviz bəyi təbrik edir, iş həyatında uğur diləyirik.

Qeyd edək ki, Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.

Ən sərfəli krediti almaq üçün müraciət et