Pərakəndə ticarətdə fərdi sahibkarların payı 49 faizə çatıb | Banco.az

Pərakəndə ticarətdə fərdi sahibkarların payı 49 faizə çatıb

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,8 faiz artaraq 18 milyard manat olub.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, ilk 6 ayda müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi 3,6 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz çoxdur. Fərdi sahibkarlar üzrə isə bu göstərici ötən ilki nəticələrlə təxminən eynidir - 8,8 milyard manat. Bu ümumi dövriyyənin 49 faizini təşkil edib. Bazar və yarmarkalar üzrə ticarət dövriyyəsi isə 5,3 faiz azalaraq 5,6 milyard manata düşüb.
İlin ilkyarısında bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et