"Pensiyaçının kartdakı vəsaiti nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb" | Banco.az

"Pensiyaçının kartdakı vəsaiti nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb"

Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartlarında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər:

"DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunveriiliklə müyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edir."

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et