Pekin ABŞ-ın yeni gömrük rüsumları tətbiq etməsi halında öz maraqlarını qoruyacaq | Banco.az

Pekin ABŞ-ın yeni gömrük rüsumları tətbiq etməsi halında öz maraqlarını qoruyacaq

Müəllif - Fərid İslamov - Banco.az

Çin Xalq Respublikası hakimiyyəti, Vaşinqtonun Çin mallarına qarşı əlavə gömrük rüsumları tətbiq etməsi halında öz hüquqlarını müdafiə etmək üçün bütün zəruri addımları atacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan bəyanat verib. Məlumatı The Global Times nəşri yayıb.  

"Çin ABŞ-ın Çinə qarşı gömrük rüsumları tətbiq etmək təhdidinə qəti şəkildə qarşıdır (...). Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün zəruri tədbirlər görəcək," - deyə Lin Tszyan bildirib.  

O, bu şərhi The Global Times-ın Pekinin ABŞ-a qarşı mümkün cavab tədbirləri, xüsusən də Amerika kənd təsərrüfatı məhsullarına qarşı gömrük rüsumları tətbiq etmək ehtimalını nəzərdən keçirdiyi haqdakı xəbərinə cavab olaraq verib.  

Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp, qeyri-qanuni narkotik axını, xüsusən də fentanil ilə mübarizə bəhanəsi ilə Çindən gələn bütün mallara mövcud rüsumlara əlavə olaraq 10% gömrük rüsumu tətbiq edib.  

Ötən həftə Tramp 4 mart tarixindən etibarən Çin idxalına "əlavə 10% gömrük rüsumları" tətbiq etməyi planlaşdırdığını açıqlayıb.