"Pegasus" şirkəti III rübdə proqnozlardan çox mənfəət əldə edib | Banco.az

"Pegasus" şirkəti III rübdə proqnozlardan çox mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pegasus” şirkəti 2022-ci ilin III rübü proqnozlardan çox xalis mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus” ilin üçüncü rübündə 278 milyon avro xalis mənfəət əldə etdiyini açıqlayıb. 2019-cu ilin eyni dövründə bu göstərici 183 milyon avro idi. 

Bununla da, şirkətin doqquz aylıq mənfəəti 177 milyon avroya yüksəlsə də, 2019-cu il səviyyəsindən 11 faiz aşağı olaraq qalıb.

İzah üçün qeyd edək ki, Avro/ABŞ dolları paritetinin aşağı yönlü dəyişməsi səbəbindən balans hesabatında ABŞ dollarına əsaslanan öhdəliklər üzrə qeydə alınan 79 milyon avro (nağdsız) valyuta xərcləri xalis mənfəətin azalmasına səbəb olub. Bundan əlavə, şirkət bu rübdə 20 milyon avro faiz xərcləri elan edib.

Xatırladaq ki, 2022-ci ilin II rübündə aktivləşməyə başlayan turizm sektoru yay mövsümündə daha da canlanıb. Türkiyəyə gələn xarici turistlərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatıb. Belə ki, may-sentyabr ayları ərzində ölkəyə 27,3 milyon turist gəlib. “Pegasus” da ilin üçüncü rübündə 3,2 milyon yerli və 5,3 milyon beynəlxalq sərnişinə xidmət göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et