Paytaxtda ictimai iaşə dövriyyəsi ikiqat azalıb | Banco.az

Paytaxtda ictimai iaşə dövriyyəsi ikiqat azalıb

Bu ilin yanvar-iyul aylarında paytaxtda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 55% və yaxud 2,2 dəfə azalaraq 259,7 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verilir.

Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 60,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 39,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 38,8% azalaraq 159 milyon manat olub.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et