Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən “PASHA Private Banking”, Beynəlxalq Caz Gününə həsr olunmuş konsertin baş sponsoru qismində çıxış edib.
30 aprel 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində baş tutan bu tədbir caz musiqisinin zəngin ənənələrini yaşatmaq və milli musiqi irsini beynəlxalq auditoriyaya tanıtmaq məqsədi daşıyır. Konsertdə Azərbaycanın tanınmış caz ifaçıları ilə yanaşı, məşhur amerikalı caz ifaçısı Charenee Wade və Gürcüstanın zərb alətləri ustası George Melikishvili də çıxış ediblər. “PAŞA Bank” milli-mədəni irsin qorunması və beynəlxalq miqyasda təbliğ olunması istiqamətində həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri ilə seçilir. Bank, Azərbaycanın mədəni dəyərlərinin dünya miqyasında tanınmasına dəstək olmaq məqsədilə müxtəlif təşəbbüsləri gerçəkləşdirir və gələcək nəsillərə dəyərli irsin ötürülməsinə töhfə verir.
“PASHA Private Banking” Beynəlxalq Caz Gününə həsr olunmuş konsertin sponsorudur

