Vakansiya haqqında məlumat:
Struktur bölmə : Müştəri xidmətləri şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 avqust 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Fərdi və korporativ müştəriləri ilə müqavilələrin/əlavələrin/hesab fakturaların hazırlanması və yenilənməsini təmin etmək;
2. Daxil olan ərizələri yoxlamaq və sistemə daxil etmək;
3. Şöbənin ümumi fəaliyyətinin dəstəklənməsi məqsədilə köməkçi funksiyaları yerinə yetirmək;
4. Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara operativ cavab verilməsini təmin etmək;
5. Satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
6. Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : Ali - istənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir. İngilis dili arzuolunandır;
Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə bilməli);
Üstünlüklər: Sığorta sahəsində təcrübə;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, keyfiyyət yönümlülük, təsir göstərmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası :
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.