"Paşa Yatırım Bankası" 2020-ci ilin sonunadək aktivlərini 1,8 mlrd. Türkiyə lirəsinədək artırmaq niyyətindədir.
Bu, beynəlxalq reytinq agentliyi "Fitch"in "Pasha Yatırım Bankası A.Ş."yə verdiyi reytinqi ilə bağlı yaydığı məlumatda yer alıb.
"Fitch" agentliyinin mütəxəssisləri hesab edir ki, yeni strategiyaya əsasən bankın fəaliyyəti energetika, turizm, tikinti kimi yüksək riskli sahələri əhatə edə bilər.
Reytinq agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin sürətlə inkişaf etmək niyyətində olduğunu bəyan edib.
Apa.az