Müəllif: Gülnar Əhmədli, Banco.az
"Paşa Sığorta" şirkətinin hesabına bu ilin yanvar-iyul aylarında 188 milyon 862 min manat sığorta haqqı yığılıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 51 milyon 399 min manat və ya 37,4% çoxdur.
Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 3 milyon 500 min manat və ya 8,4% artaraq 45 milyon 89 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin yığımları 137,5 milyon manat, ödənişləri isə 41,6 milyon manat məbləğində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!