"PAŞA Sığorta"da rəhbər olmaq istəyənlərin nəzərinə | Banco.az

"PAŞA Sığorta"da rəhbər olmaq istəyənlərin nəzərinə

PAŞA Sığorta ASC Maliyyə nəzarəti və hesabatlılıq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Xülasə:

Şirkətin investisiya, büdcələmə, xərclərə nəzarət və maliyyə hesabatlılığı fəaliyyətinə dəstək verir. Birbaşa olaraq maliyyə müdirinə hesabat verir və büdcə hesablamalarının, maliyyə planlaşdırılmasının, rəhbərliyə və kənar tərəflərə maliyyə hesabatlılığının hazırlanmasına və büdcənin icrası, xərclərin dinamikası, maliyyə nəticələrinin təhlilinə və monitorinqinə məsuldur.

Vəzifə və öhdəliklər:

• Aylıq rəhbərliyə hesabat paketinin və illik maliyyə hesabatlarını hazırlanması;
• Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılması;
• Büdcələmə və planlama prosesinin koordinasiyası  və büdcənin icrasına aylıq nəzarət;
• ERP və ABC sistemlərinin tətbiqi üzrə aktiv işlərin aparılması;
• Xərclərə nəzarətdə  müxtəlif alət və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilması;
• Şirkətin və rəqiblərin maliyyə nəticələrinin mütəmadi təhlilinin aparılması;
• Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqə;
• Maliyyə və digər əməkdaşların maliyyə menecmenti üzrə biliklərinin artırılması məqsədilə tədbirlər keçirilməsi;

Ən sərfəli kredit üçün müraciət et

Biliklər:

• İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
• Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcə/planlama üzrə 3 il iş təcrübəsi (BİG4 audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir);
• MS office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Yaxşı səviyyədə azərbaycan, ingilis və rus dilləri biliyi;
• CPA, CIMA, ACCA, CFA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.

Bacarıqlar:

Təqdimetmə bacarığı, analitik və məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti.

Son müraciət tarixi 11 yanvar 2015-ci il

Xahiş edirik vəzifəni “subject” sətirində qeyd edin və CV-nizi [email protected] electron ünvanına göndərin.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et