"Paşa Sığorta" yığımlarını və ödənişlərini artırıb | Banco.az

"Paşa Sığorta" yığımlarını və ödənişlərini artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Sığorta" şirkətinin hesabına bu ilin yanvar-oktyabr aylarında 248 milyon 986 min manat sığorta haqqı yığılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 66 milyon 68 min manat və ya 36,1% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 18 milyon 764 min manat və ya 31,8% artaraq 77 milyon 709 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin yığımları 182,9 milyon manat, ödənişləri isə 58,9 milyon manat məbləğində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram