PAŞA Sığorta şirkətindən müştərilərin rahatlığını təmin etmək məqsədi ilə daha bir yenilik | Banco.az

PAŞA Sığorta şirkətindən müştərilərin rahatlığını təmin etmək məqsədi ilə daha bir yenilik

Hər zaman müştərilərin rahatlığının təminini düşünən PAŞA Sığorta şirkəti bu dəfə də tibbi sığorta üzrə müştəriləri üçün yenilik təqdim edir. 

Artıq Siz vaxtınıza qənaət etmək üçün http://pasha-insurance.az  saytına daxil olaraq saytın əsas səhifəsində yerləşən "Online Tibbi Məsləhətçiniz" bölməsi ilə tez bir zamanda həkimə yazıla bilərsiniz.Burada siz müraciətinizi qeyd edirsiniz, tibbi konsultantlar operativ olaraq sizin suallarınıza cavab verir və rahat şəkildə seçdiyiniz tibb müəssəsinin həkiminə qeydiyyata salır.  Bu yeniliyin əsas məqsədi müştərilərə daha rahat həkimə yazılmaq üçün alternative həll yolu təqdim etməkdir. Bundan əlavə həkimə yazılmaq üçün 24/7 fəaliyyət göstərən (050) 255 75 70 və (99412) 598 28 89/90 nömrəli Tibbi Assistans Mərkəzi və rəsmi vebsaytda Həkimə Qeydiyyat bölməsi mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et