PAŞA Sığorta şirkəti 10 illik yubileyi ilə əlaqədar öz korporativ sosial məsuliyyət siyasətinin davamı olaraq yeni “10 yaşı olana pulsuz tibbi müayinə” adlı sosial kampaniya ilə bu dəfə uşaqları və valideynlərini sevindirir. Kampaniya 2006-cı ilin iyun ayında doğulan uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu da təsadüfi deyil, çünki PAŞA Sığorta fəaliyyətini 2006-cı il iyun ayında başlamışdır.
Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Onların düzgün tərbiyə olunmasında və sağlam şəkildə böyümələrində cəmiyyətin rolu əvəzsizdir. Kampaniyanın ideyası şirkətin korporativ sosial məsuliyyətindən irəli gələrək “sağlam uşaq, sağlam gələcək” prinsipinə əsaslanıb uşaqların sağlam gələcəyinə töhfə verməkdir.
Kampaniya iyun ayının 1-dən 30-na kimi davam edəcəkdir. Kampaniya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi dəstəyi ilə həyata keçiriləcəkdir. Kampaniyada iştirak etmək istəyən şəxslər şirkətin rəsmi saytında (www.pasha-insurance.az ) yerləşən “10 yaşı olana pulsuz tibbi müayinə” adlı müraciət formasına daxil olub uşaqlar haqqında tələb olunan məlumatları daxil etməlidirlər. Kampaniya iştirakçılarının müraciətləri əsasında şirkət əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılacaq, layihə barədə ətraflı məlumat təqdim olunaraq onlar müvafiq klinikaya yönləndiriləcəklər. Qeyd etmək lazımdır ki, kampaniya tam ödənişsiz şəkildə həyata keçirilir.
Pulsuz tibbi müayinə üçün qeydiyyat:http://pasha-insurance.az/az/chsign
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.