PAŞA Sığorta əmlakını sığortalamaq istəyənlər üçün Yeni ilə özəl fürsət təqdim edir! | Banco.az

PAŞA Sığorta əmlakını sığortalamaq istəyənlər üçün Yeni ilə özəl fürsət təqdim edir!

Yeni ildə müştərilərini kampaniyaları ilə sevindirməyə davam edən PAŞA Sığorta əmlak sığortası üzrə "Evini sığortala, Yeni il hədiyyəni qazan!" adlı yeni kampaniyasını elan edir.

Kampaniyaya əsasən “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Çinar, Cökə, Zeytun paketlərindən birini əldə edərək həm evinizi sığortalayacaq, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazanacaqsınız. Müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketini əldə etməklə yanaşı, “Bravo” marketlər şəbəkəsindən müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya //bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram