“PAŞA Sığorta” birinci oldu | Banco.az

“PAŞA Sığorta” birinci oldu

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 29,9 milyon manat.

Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 milyon manat, “Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “PAŞA Həyat Sığorta” (16,3 milyon manat) və “Azərsığorta” (13,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 milyon manat) düşür.

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (97 min manat), “Qala Sığorta” (53 min manat) və “Azərqarant” (3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 336 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 6-da 10 milyon manatdan çox, 4-də 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 1 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Ən sərfəli krediti almaq üçün müraciət et