“PAŞA Sığorta” baş ofisinin yerini dəyişir | Banco.az

“PAŞA Sığorta” baş ofisinin yerini dəyişir

“PAŞA Sığorta” ASC baş ofisinin yerini dəyişir. 

Bu barədə şirkətə istinadən xəbər verilir. 

Məlumata görə, "PAŞA Sığorta"nın baş ofisi indiki Bakı şəhəri, Lev Tolstoy küçəsi, 170 ünvanından M. Useynov prospekti, 61 ünvanında yerləşən “Sahil Plaza” biznes mərkəzinə köçür. Burada şirkətin rəhbərliyi, müştəri xidmətləri, sığorta iddiaları və hüquqi təminat departamenti də daxil olmaqla, bütün struktur bölmələri yerləşəcək.

Ən sərfəli kredit üçün müraciət et

Köçmə prosesi fevralın 6-da tamamlanacaq. 

Şirkətin yeni əlaqə nömrələri: (012) 505 12 22 (telefon), (012) 505 1221 (faks).

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Mənbə: Report.az