"Paşa Kapital" birinciliyə yüksəldi | Banco.az

"Paşa Kapital" birinciliyə yüksəldi

Bakı Fond Birjasının açıqladığı məlumatlara əsasən iyul ayı ilə müqayisədə əməliyyatların ümumi həcmində azalma baş vermişdir. Belə ki, iyul ayında əməliyyatların həcminə görə birinci olan İnvest-AZ MMC (982 mln manat) avqust ayı üzrə reytinqə daxil ola bilməmişdir.

Bununla yanaşı avqust ayının lideri Paşa Kapital yalnız 95 mln manatlıq əməliyyat aparmışdır. Nəzərinizə çatdıraq ki, əvvəlki ayda Paşa Kapital 13 mln manatlıq əməliyyatla 6-cı yerdə qərarlaşmışdır. Həmçinin iyul ayı üzrə ikinci yerdə duran PSG-Broker MMC (977 mln manat) də avqust ayı üzrə reytinqə daxil ola bilməmişdir. 

Xidmətlərin həcminə görə brokerlərin reytinqi (avqust, 2014)

Brokerlər Əməliyyatların həcmi (AZN)
1-(6) Paşa Kapital 95 602 160.56
2-(3) Brokdil-Az 38 712 777.50
3-(4) Texnika Kapital Menecment 35 291 679.29
4-(5) Çelsi Kapital 29 906 127.37
5-(8) ADB-Broker 11 517 801.50
6-(9) Yapı Kredi İnvest 10 156 910.00
7-(12) Xalq Kapital 9 089 869.00
8-(7) Unikapital 248 326.00

*Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

İyul ayı üzrə brokerlərin reytinqi