PASHA Holding Qrup təcrübəli namizədləri IR daxilində İR üzrə baş mütəxəssis vakansiyasına dəvət edir.
İR üzrə baş mütəxəssis vəzifəsinə tələblər:
İR üzrə baş mütəxəssis əsasən kompensasiya və müavinətlər, eyni zamanda İR sahəsində əməliyyatlar məsələləri ilə məşğul olacaq.
• Şirkətin kompensasiya və müavinətlər siyayəsitinin tətbiq edilməsi;
• Statistik tədqiqatların aparılması və bazarın təhlil edilməsi;
• Bazara qarşı rəqabət qabiliyyətli təzminatların təmin edilməsi üçün vəzifələrin müqayisəli təhlil edilməsində yardım;
• Əməkdaşların təzminatlarına nəzarətin həyata keçirilməsi;
• Əmək resursları haqqında məlumatların təhlili;
• Strateji Aktivlərdə kənar auditlə bağlı işi təşkil etmək, ona nəzarət və fəaliyyətə dair hesabat vermək;
• Aylıq əmək haqqlarına nəzarət edilməsi;
• Hesabat üzrə icbari həyat sığortası şirkətləri ilə əməkdaşlıq, həmçinin cari və yeni əməkdaşlar haqqında məlumatların yenilənməsi və icbari həyat sığortası şirkətləri və digər müvafiq proqramlarının dayandırılması ilə bağlı iş;
• Kadr seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, imtahanların aparılması, məlumatların, strategiya və materialların idarə olunması);
• HR meneceri ilə birgə illik təlim-tədris prosesinin təhlil edilməsi (planlaşdırma, əlaqələndirmə və məlumat emali da daxil olmaqla), təhsil prosesinin ehtiyaclarının qarşılanması, treninqlərin planlaşdırılması və əlaqələndirilməsi;
• Bacarıqlı və istedadlı kadlrarın əldə edilməsi üçün daha geniş imkanlar yaradan siyasət, prosedurlar və/və ya proseslərin inkişaf etdirilməsi və həyata keçirilməsi istiqamətində HR komandası ilə birgə iş;
• Vəzifəsi daxilində HR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmq;
• HR Qrupunun layihələrində iştirak etmək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• HR sahəsində 5-7 il peşəkar təcrübə;
• Güclü təşkilati bacarıqlar;
• Detallara xüsusi diqqətlilik;
• Güclü analitik qabiliyyət;
• Yaxşı ünsiyyətqurma bacarığı;
• Azərbaycan, ingilis və rus dilləri üzrə yaxşı bilik;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Microsoft Office (Word, Excel və Power Point) proqramlarının yaxşı bilgisi;
• SAP bilgisi arzuolunandır;
• Layihələrin idarəedilməsi sahəsində bacarıqlar üstünlükdür;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “HR üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 15 sentyabr , 2015-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.