PAŞA Həyat Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı | Banco.az

PAŞA Həyat Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı

Oktyabrın 10-da XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.  

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və Nəsimi ilinə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki,  iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47  kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib.  Yay Məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən  peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri keçirilib və şagirdlər  intellektual yarışlarda iştirak ediblər.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Həyat şirkəti layihəyə dəstək verdiyi üçün Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı.

Gələcəkdə də PAŞA Həyat bu tip sosial məsuliyyətli layihələrə dəstək verməyi planlaşdırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et