"Paşa Həyat Sığorta"nın sədrini daha yaxından tanıyaq | Banco.az

"Paşa Həyat Sığorta"nın sədrini daha yaxından tanıyaq

Niyaz İsmayılov, 2017-ci ilin fevral ayından, “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, daha əvvəl həmin şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsində olub. 

Niyaz İsmayılov 9 iyun 1982-ci ildə anadan olub.

Təhsil:

O, ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub.

Peşəkar təcrübə:

- N.İsmayılov sığortaçı kimi öz karyerasına anderraytinq üzrə mütəxəssis vəzifəsindən başlayıb,

Ən sərfəli kredit üçün müraciət et

- 2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib,

- 2009-2010-cu illərdə həmin şirkətdə təkrarsığorta üzrə müdir, daha sonra anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.

- N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə,

- 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.

- N.İsmayılov 2017-ci il 28 fevral tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

N.İsmayılov müsahibələrinin birində şirkətin planlarından bəhs edərkən bildirmişdi ki, "İstər maliyyə, istərsə də digər sahələrdə əldə olunan uğur və nailiyyətlərin arxasında “PAŞA Həyat” ailəsinin hər bir üzvünün əməyi danılmazdır". 

Ən sərfəli krediti almaq üçün müraciət et