“PAŞA Həyat Sığorta”nın “Kredobank”dan alacağı var | Banco.az

“PAŞA Həyat Sığorta”nın “Kredobank”dan alacağı var

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Kredobank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin tərkibini açıqlayıb.

Siyahıda “PAŞA Həyat Sığorta” ASC-nin, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-nin, eləcə də “Azərbaycan İpoteka Fondu” ASC-nin adı var.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 şirkət, Milli Mədəniyyətin Təbliği İctimai Birliyi, həmçinin 8 fiziki şəxs də “Kredobank”ın kreditorları siyahısındadır. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et