Müəllif: Gülnar Əhmədli, Banco.az
"Paşa Həyat Sığorta" şirkətinin hesabına bu ilin yanvar-iyul aylarında 327,1 milyon manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 79 milyon 342 min manat və ya 32% çoxdur.
Hesabat dövründə şirkətin sığorta ödənişləri isə 150,9 milyon manat məbləğində olub ki, bu da illik 26,5% artım deməkdir.
Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorun ən çox sığorta haqqı toplayan və sığorta ödənişi edən şirkətidir.
Bizi sosial şəbəkələrdən izləyin!!