"Paşa Həyat Sığorta" tələbələr üçün təlimlərə başlayıb | Banco.az

"Paşa Həyat Sığorta" tələbələr üçün təlimlərə başlayıb

"Paşa Həyat Sığorta" şirkəti tələbələrin sığorta sektoru ilə tanışlığını davam etdirir. Şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquliyev bildirib ki, bu həftədən etibarən "Paşa Həyat Sığorta" tələbələr üçün müxtəlif mövzulu məşğələlərə start verəcək. Belə ki, Bakıda fəaliyət göstərən universitetlərdə "Sığorta və sığorta mədəniyyəti"  mövzusunda, şirkətin baş ofisində isə "Daxili audit və daxili nəzarət" mövusunda master-klasslar keçiriləcək. Layihədə əsas məqsəd iqtisadi və digər sahələrdə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır. Şirkətdən bildirilib ki, belə master-klassların keçirilməsi "Paşa Həyat Sığorta"nın maarifləndirilmə sahəsində ən uğurlu layihələrindən biri hesab olunur. Belə ki, bu layihələr digər məqsədlərlə yanaşı, əhalini sığorta xidmətləri və məhsulları barədə məlumatlandırmağa xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et