Paşa Həyat Sığorta şirkətində 2 yeni vakansiya elan olunub. Vakansiyalar haqqında daha ətraflı məlumatla tanış ola bilərsiniz:
Struktur bölmə: Maliyyə və satınalma departamenti, Hesabatlılıq şöbəsi - Mütəxəssis
Əmək/H: Ştat cədvəlinə uyğun olaraq
Son müraciət tarixi: 3 sentyabr 2017-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək;
- Şirkətin aşağıdakı mütəmadi hesabatlarının daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsini təmin etmək:
- Nəzarətedici orqanlara təqdim edilən aylıq və rüblük hesabatlar;
- Səhmdar, Direktorlar Şurası, Daxili komitələr və İdarə Heyətinə təqdim edilən dövri hesabatlar;
- Şirkət daxilindəki digər struktur bölmələrə təqdim edilən aylıq hesabatlar.
- “Zirvə” layihəsi çərçivəsində SAP proqramını hesabatlarla təmin etmək.
- Hesabatların hazırlanması prosesində effektivliyin artırılması məqsədi ilə IT sistemdəki məlumatların yeni formasının təkmilləşdirilməsi.
- Nəzarətedici orqan, Səhmdar, Direktorlar Şurası, Daxili komitələr, İdarə Heyəti və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılmasını təmin etmək.
Namizədə olan tələblər
İş təcrübəsi: Sığorta və ya Bank sektorunda: Maliyyə və Hesabatlılıq sahəsində ən azı 1 illik iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Ali – (Maliyyə, mühasibatlıq), ACCA sertifikasiyası üzrə ən azı F2-F5 səviyyəli imtahanların uğurla keçirilməsi.
Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışmaq və yazmaq bacarıqları; Rus dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları.
Kompüter bilikləri: Excel və PowerPoint proqramından yüksək səviyyədə, Word və Outlook proqramlarından orta səviyyədə istifadə bacarıqları; Böyük məlumat bazaları ilə işləmək bacarığı;
Üstünlüklər: Riyaziyyat, məntiq, statistika və SAP üzrə biliklər. 2 il və daha çox təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq və korporativ maraqlara sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Struktur bölmə: Maliyyə və satınalma departamenti, Hesabatlılıq şöbəsi - Kiçik mütəxəssis
Əmək/H: Ştat cədvəlinə uyğun olaraq
Son müraciət tarixi: 3 sentyabr 2017-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək;
- Rəhbər tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılmasını təmin etmək.
- “Zirvə” layihəsi çərçivəsində SAP proqramını hesabatlarla təmin edilməsində yardımçı olmaq.
- Menecerin tapşırığı ilə müxtəlif nisbətlərin hesablanması, gəlir və balans hesablarının düzgünlüyünün yoxlanılması və digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər
İş təcrübəsi: Sığorta və ya Bank sektorunda: Maliyyə və Hesabatlılıq sahəsində 6 ayadək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Ali – (Maliyyə, mühasibatlıq), ACCA sertifikasiyası üzrə ən azı F2-F3 səviyyəli imtahanların uğurla keçirilməsi.
Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışmaq və yazmaq bacarıqları; Rus dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları.
Kompüter bilikləri: Excel və PowerPoint proqramından yüksək səviyyədə, Word və Outlook proqramlarından orta səviyyədə istifadə bacarıqları;
Üstünlüklər: Riyaziyyat, məntiq, statistika və SAP üzrə biliklər. 1 il və daha çox təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq və korporativ maraqlara sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydası CV-lər “Hesabatlılıq-mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.