“PAŞA Həyat Sığorta” müştəriləri üçün Alanyada təlim təşkil etmişdir | Banco.az

“PAŞA Həyat Sığorta” müştəriləri üçün Alanyada təlim təşkil etmişdir

“PAŞA Həyat Sığorta” şirkəti 3-8 sentyabr tarixlərində 50 nəfərə yaxın korporativ müştərisinə Türkiyənin turistik bölgəsi olan Alanya şəhərinin Xafira otelində təlim təşkil edib. Təlim şirkətin loyallıq proqramı çərçivəsində  “Gələcəyin HR-ı: İnsan Resursları və Kadrların İdarə edilməsində Dünya Praktikası və İnnovativ Metodlar” mövzusunda baş tutub.

Təlimdə partnyor şirkətlərin insan resursları sahəsində çalışan əməkdaşları iştirak ediblər. Təlim iştirakçıları 2 oktyabr tarixində PARK İnn otelində sertifikatlarını təhvil alaraq şirkət nümayəndələri ilə görüşmüşlər.

Ən sərfəli kredit üçün müraciət et

İştirakçılar bu cür tədbirlərin davamlı olmasını arzuladıqlarını, bu cür addımların şirkətlərarası əməkdaşlığa təkan verdiyini bildirmişlər.

“PAŞA Həyat Sığorta” gələcəkdə də bu tip loyallıq proqramlarını həyata keçirəcək. Çünki şirkət loyallıq proqramlarının həm müştəri, həm şirkət üçün faydalı olduğuna əmindir.

Ən sərfəli krediti almaq üçün müraciət et