"PAŞA Development" MMC avqustda Türkiyədəki törəməsinin ("PD Turizm və Gayrimankul") nizamnamə kapitalını 20 milyon türk lirəsi artırıb. Bu barədə Türkiyə şirkətlərinin reyestrində deyilir.
Reyestr məlumatlarına əsasən, "PD Turizm və Gayrimankul" səhmdar şirkətin nizamnamə kapitalı 435 milyon TL-yə çatdırılıb. Avqustda kapitala daxil edilən vəsaitlərin bir hissəsi (5 mln.TL) nizamnamə kapitalının artırıldığı elan edilməmişdən əvvəl ödənilib. Qalan vəsaitlər qarşıdakı 24 ay ərzində yatırılacaq.
“PAŞA Development” MMC 12 iyun 2012-ci ildə yaradılmış və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Şirkət, onun tabeçiliyində olan və birgə fəaliyyət göstərdiyi müəssisələrlə daşınmaz əmlakın əldə edilməsi, idarə olunması və inkişafı sahəsində fəaliyyət göstərir. Cəmiyyət “PAŞA Holding” MMC-nin törəmə şirkətidir.
© Contact