“PAŞA Bank” ASC-nin Audit Komitəsi (AK) yenidən formalaşdırılıb.
Komitənin sədri Azər Sadıqov işdən çıxıb, onun yerinə Pərvin Əhədzadə təyin edilib.
Bundan başqa, Ramil Heydərov AK-ya üzv seçilib. Komitənin digər üzvü isə Cəmil Məmmədovdur.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.
Mənbə: Report.az