PAŞA Bankın maliyyə göstəricilərinə dair təqdimat | Banco.az

PAŞA Bankın maliyyə göstəricilərinə dair təqdimat

PAŞA Bank 2014-cü ilin ilk 6 ayı üzrə maliyyə nəticələrini paytaxtın Four Seasons otelində keçirdiyi mətbuat konfransında açıqladı.

Bu dəfə bankın maliyyə nəticələri ilə bağlı hesabatı ənənəvi olaraq, Bankın Baş maliyyə inzibatçısı Şahin Məmmədov deyil,  Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev  təqdim etdi.

Bildirmək istəyirik ki, Şahin müəllim indi PAŞA Bank Gürcüstanın (“PASHA Bank Georgia”) Baş İcraçı Direktoru vəzifəsini icra edir. 

Beləliklə, PAŞA Bank 342,320 min AZN (436,466 min ABŞ dolları) malik olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bilib

Aktivlər portfelini müxtəlif istiqamətdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı balansını saxlamağa müvəffəq olub.

Ən sərfəli kredit üçün müraciət et

30 İyun 2014-cü ildə PAŞA Bankın aktivlərinin ümumi məbləği 998,004 min AZN (1,272,477 min ABŞ dolları) təşkil etdi ki, bu da müştəri hesablarında istənilən səviyyədə artıma səbəb olmuşdur. Bu göstərici 2013-cü il (704,055 min AZN / 897,686 min ABŞ dolları) ilə müqayisədə 42% artım deməkdir.

30 İyun 2014-cü il üzrə bankın aktivlərinin strukturu aşağıdakı kimi bölünür:

  • - müştərilərə verilmiş kreditlər - 37%;
  • - qiymətli kağızlar portfeli - 34%;
  • - nağd pul və nağd pul ekvivalentləri - 15%;
  • - kredit təşkilatlarına verilən vəsaitlər - 6% və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir (8%).

Konul Soltanova's Slidely by Slidely Slideshow

Ən sərfəli krediti almaq üçün müraciət et