PAŞA Bankın dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələri açıqlanıb | Banco.az

PAŞA Bankın dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələri açıqlanıb

Dekabrın 13-də PAŞA Bank tərəfindən MasterCard Beynəlxalq Ödəniş Sisteminin dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələrinə və “Paris Disneyland-ə səyahət” lotereyasının yekunlaşmasına həsr olunmuş təqdimat mərasimi həyata keçirildi. 

Təqdimatda Priceless Specials proqramı üzrə göstəricilərin artım dinamikası iştirakçıların diqqətinə çatdırıldı. Proqramın 70-dən çox tərəfdaşına, ticarət məntəqələrinin nümayəndələrinə mükafatlar təqdim edildi.

Mərasimin sonunda “Paris Disneyland-ə səyahət” lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi. Qeyd edək ki, bu lotereya 1 oktyabr 2018-ci il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi davam etmişdir və lotereyada Proqramın tərəfdaş ticarət məntəqələrində minimum 1 AZN olmaqla nağdsız ödəniş aparan MasterCard kartı sahibləri iştirak etmişdir.

MasterCard Priceless Specials proqramı ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi kimi strateji bir məqsədlə həyata keçirilir. Bu proqram beynəlxalq layihədir və Fransa, Almaniya, İtaliya və s. kimi dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində də aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycanda isə bu qlobal layihənin bank tərəfdaşı kimi PAŞA Bank çıxış edir və proqram üzrə POS proqram həllini təqdim edir. Buna görə də, proqram üzrə təklif olunan endirimlərdən faydalanmaq üçün prograqramın tərəfdaşı olan ticarət məntəqələrində PAŞA Bankın POS terminalları vasitəsi ilə MasterCard kartı ilə ödəniş etmək gərəklidir.

Ən sərfəli kredit üçün müraciət et

MasterCard Priceless layihəsinin tərəfdaşları günü-gündən artır və tərəfdaş ticarət məntəqələri haqqında məlumatları https://eu.mastercard.com/a/az/qiymetsiz/ saytı vasitəsi ilə əldə etmək mümkündür. 

MC1.jpg (517 KB)
MC2.jpg (597 KB)
Qalib.jpg (217 KB)