“PAŞA Bank” “Visa” beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb | Banco.az

“PAŞA Bank” “Visa” beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın fəaliyyəti növbəti dəfə beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilib. Belə ki, Bank, “Visa” beynəlxalq ödəniş sistemi tərəfindən bir neçə nüfuzlu mükafatla təltif olunub.

Beləliklə də, “PAŞA Bank”:

- “Visa B2B Connect” xidmətinə qoşularaq müştərilərə beynəlxalq ödənişləri həyata keçirmək imkanını yaratdığına görə “B2B Connect”də ən yüksək artım” ("The highest growth of B2B Connect") nominasiyasında mükafatlandırılıb;

- “Azercell Telekom” ilə müştərək layihə çərçivəsində rəqəmsal kart məhsulunu təqdim edərək Azərbaycanda ilk dəfə Açıq bankçılıq platforması üzərindən öz xidmətlərini telekommunikasiya şirkətinə ötürdüyünə görə ““Azercell Telecom” ilə ilk ko-brend” ("First co-brand with MNO Azercell") nominasiyasında mükafatlandırılıb;

- Ticarətçilərin "Visa" tərəfindən təqdim olunan imtiyazlara qoşulmasına dəstək göstərdiyinə görə "İmtiyazlar dünyasına böyük dəstək" ("Strong support of the World Privileges") nominasiyasında mükafatlandırılıb.

“PAŞA Bank”ın son bir il ərzində rəqəmsal ödəniş ekosistemi sahəsindəki fəaliyyəti və nailiyyətləri qeyd olunan nominasiyalar üzrə mükafat qazanmağına əsas verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan bazarında aktiv şəkildə müasir texnoloji maliyyə həllərini tətbiq edən “PAŞA Bank”, ötən illərdə də nağdsız ödənişlərin təşviqi, elektron bankçılıq, rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə kimi bir sıra mühüm istiqamətlərdə əldə olunan nəticələrə görə müxtəlif mükafatlara layiq görülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et