PAŞA Bank və Azərbaycan İqtisad Universiteti arasında Memorandum imzalandı | Banco.az

PAŞA Bank və Azərbaycan İqtisad Universiteti arasında Memorandum imzalandı

PAŞA Bank akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair daha bir Memoranduma imzasını atdı.

28 yanvar 2020-ci il tarixində PAŞA Bank və Azərbaycan İqtisad Universiteti arasında imzalanan memorandumun əsas məqsədi cəmiyyətə dəyər qatmaq, uğurlu əməkdaşlıq qurmaq və qarşılıqlı fayda gətirməkdir.

Tədbirdə iştirak edən PAŞA Bankın İdarə heyətinin sədri və Baş icraçı direktoru Taleh Kazımov bildirdi ki, Bankın ən əsas vəzifələrindən biri insan kapitalını yetişdirərkən, gənclərin istedad və potensialını üzə çıxarmaq, bununla da Azərbaycanın iqtisadi inkişafına töhfə verməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Gənclərin iqtisadi təhsil və təlim almağa ruhlandırılması, istedadlı şəxslərə dəstək verilməsi və Azərbaycan universitetlərinin tələbələri üçün təqaüd proqramlarının maliyyələşdirilməsi yöndə Bankın fəaliyyəti barədə danışan T. Kazımov xüsusilə qeyd etdi: "Biz inanırıq ki, bugünkü mütərəqqi və müvəffəqiyyətli tələbələr sabahın yalnız yüksək ixtisaslı mütəxəssisləri deyil, həm də Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsi olacaq".

Ən sərfəli krediti almaq üçün müraciət et