"PAŞA Bank" maliyyə çağırışları səbəbindən Sumqayıtda filial açılışını təxirə salıb | Banco.az

"PAŞA Bank" maliyyə çağırışları səbəbindən Sumqayıtda filial açılışını təxirə salıb

"PAŞA Bank" Sumqayıtdakı filialının açılışını təxirə salıb. "Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, Sumqayıt filialının açılmaması maliyyə çağırışları ilə əlaqədardır. "Bundan başqa, biz Sumqayıt sakinləri arasında sorğu keçirmişik. Belə qərara gəldik ki, onlara Bakıda bankın baş ofisində xidmət göstərilməsi daha əlverişlidir. Buna görə də biz onlara elə Bakıda xidmət göstərəcəyik", - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın sözlərinə görə, 2016-cı ilin sonuna "PAŞA Bank"ın konsolidə olunmuş gəlir vergisi 18 mln. 500 min manat təşkil edib: "Bu rəqəmin 15 milyon manatı Azərbaycandakı fəaliyyətimizin payına düşür. Bundan başqa, 505 min manat da digər vergilər üzrə ödəniş həyata keçirilib".

Ən sərfəli krediti almaq üçün müraciət et