Müəllif: Gülnar Əhmədli, Banco.az
PAŞA Bank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 7 milyard 552 milyon 109 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 142 milyon 53 min manat və ya 17,8% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 1 milyard 956 milyon 448 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 595 milyon 661 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 68 milyon 40 min manat (3,6%), hüquqi şəxslərin depozitləri isə 1 milyard 74 milyon 13 min manat (23,8%) artıb.
2024-cü ilin eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 1 milyard 888 milyon 408 min manat və 4 milyard 521 milyon 648 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
