“PAŞA Bank” COP29-da "Potensialın inkişafı" adlı panel sessiyası keçirir | Banco.az

“PAŞA Bank” COP29-da "Potensialın inkişafı" adlı panel sessiyası keçirir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki digər çağırışlara dair müzakirələrdə fəal iştirak edir.

Bu gün, 18 noyabrda, Bank Yaşıl Zonada "Potensialın inkişafı" adlı panel sessiyasına ev sahibliyi edir. Sessiya, xüsusilə gənclərin peşə bacarıqlarını iqlim dəyişikliyinə qarşı daha davamlı və hazırlıqlı etmək üçün tətbiq edilə biləcək strategiyaları araşdıracaq, təhsil, dayanıqlı inteqrasiya və sosial məsuliyyətə dair yanaşmalara fokuslanacaq.

“PAŞA Bank”ın insan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva, ADA Universitetinin prorektoru Fariz İsmayılov, “AZAL”ın insan resursları üzrə baş direktoru Ellada Əlişova, “For Azerbaijan” xeyriyyə təşkilatının qlobal idarə heyəti üzvü, “Dentons” beynəlxalq hüquq şirkətinin partnyoru və Azərbaycan üzrə icraçı meneceri Ülviyə Zeynalova-Boçkin və Worldview Beynəlxalq Fondunun baş icraçı direktoru Kim Qabrielli icmaların iqlim dəyişikliyi ilə mübarizədə daha effektiv olması üçün gücləndirilməsini müzakirə edəcəklər. Sessiyada hökumətlər, maliyyə qurumları və yerli icmalar arasında tərəfdaşlıqların qurulması və bu əməkdaşlıqların iqlim dayanıqlılığını artırmağa necə kömək edəcəyi barədə fikir mübadiləsi aparılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Müzakirə panelini izləmək istəyənlər 11:00 Yaşıl Zonada yerləşən D42 pavilyonuna dəvət olunurlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram