"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir | Banco.az

"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir

Bu gün "PAŞA Bank" "Four Season" otelində yarımilin yekunları ilə bağlı mətbuat konfrans keçirib.

Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva və Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev çıxış etiblər. 

Banco.az xəbər verir ki, "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında çıxışında bildirib:

"Bu ilin sonuna is40 mln. manat mənfəət əldə etməyi düşünürük. Bazarda sürpriz olmasa, bu nəticəni əldə edəcəyik".

Onun sözlərinə görə, "PAŞA Bank" cari ilin ilk 6 ayının nəticəsində 24 mln. manat həcmində mənfəət əldə edib. Bu da Bankın tarixində ən yüksək nəticədir: "Makroiqtisadiyyatı nəzərə alsaq, yüksək nəticədir. Bu, peşəkar komandanın olması, risk menecmentinin  bazardakı çağırışlara qarşı effektiv addımlar atmasının nəticəsidir".

Ən sərfəli kredit üçün müraciət et

T.Kazımov bildirib ki, Bank Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir: "Bu ilin ilk yarısını hər iki müəssisə gəlirlə başa vurub. Türkiyədə 6,7 mln. lirə, Gürcüstanda 2,2 mln. lari mənfəət əldə edlilib".

"2017-ci ildə əsas istiqamət institusional inkişaf, müştərilərə dəstək olacaq", - deyə Bankın sədri qeyd edib.

Qeyd edək ki, "PAŞA Bank"ın cəmi kapitalı son bir ildə 28% artaraq 2016-cı il iyulun 1-nə 450,426 mln. manata, cəmi aktivləri 32% artaraq 2 224,983 mln. manata, kredit portfeli 28% artaraq 983,679 mln. manata, xalis mənfəəti 12,2 dəfə artaraq 24,416 mln. manata çatıb. Aktivlərin gəlirliliyi 1,10%, kapitalın gəlirliliyi 5,42% olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 0,12% və 0,57% təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et