PAŞA Bank 2013-cü ilin maliyyə nəticələrini açıqladı | Banco.az

PAŞA Bank 2013-cü ilin maliyyə nəticələrini açıqladı

PAŞA Bank 31 dekabr 2013-cü il tarixinə bitən il üzrə özünün və törəmə PAŞA Bank Gürcüstanın maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Fərid Axundov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Şahin Məmmədov, İdarə Heyətinin üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov çıxış etdilər.

Maliyyə riskləri ilə yanaşı, iqtisadi durumun stabilləşməsi prosesinin çətinliyinə baxmayaraq, Azərbaycan Respublikasında Bank sektorunda bir il üzrə təxminən 23 %-ə kimi artım müşahidə edilmişdir. PAŞA Bank korporativ institut kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə, kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrünün iki ilini uğurla başa vurdu.

Bank 234,923 min AZN (299,456 min ABŞ dolları) olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi, halbuki 2012-ci il üzrə həmin göstərici 188,348 min AZN (240,087 min ABŞ dolları) olmuşdu.  Aktivlər portfelini müxtəlif istiqamətlərdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı tarazlığını saxlamağa müvəffəq olub. 31 dekabr 2013-cü ildə PAŞA Bankın aktivlərinin ümumi məbləği 704,055 min AZN (897,457 min ABŞ dolları) təşkil etdi ki, bu da müştəri hesablarında fəaliyyətin zəif olması səbəbi ilə 2012-ci il (721,075 min AZN / 919,152 min ABŞ dolları) ilə müqayisədə 2% azalma deməkdir.

31 dekabr 2013-cü il üzrə bankın aktivlərinin strukturu aşağıdakı kimi bölünür:

- müştərilərə verilmiş kreditlər - 47%;

- qiymətli kağızlar portfeli - 30%;

- kredit təşkilatlarına verilən vəsaitlər - 7%

- nağd pul və nağd pul ekvivalentləri – 7%

və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir.

Azərbaycan bazarında intizamlı kredit ödənişlərinin pisləşən balansını və əsasən beynəlxalq biznes, kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan Azərbaycandakı korporativ müştərilər arasında kreditə olan tələbatı nəzərə alaraq, PAŞA Bank böhran dövrü ərzində öz güclü kapital durumundan səmərəli yararlandı və bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlər üçün güclü tərəfdaş kimi özünə yer tapdı. Bank bu mürəkkəb zamanda mövcud kiçik və orta sahibkarlara dəstəyini müvəffəqiyyətlə davam etdirir.  Biz ümumi kredit portfelini 24%, yəni 350,956 min AZN-ə (447,363 min ABŞ dolları) kimi artırmaqla güclü kredit artımı yaratdıq. Müqayisə üçün deyək ki, 2012-ci ilin sonunda bu göstərici 282,837 min AZN (360,532 min ABŞ dolları) təşkil edirdi.

Portfel üzrə effektiv ehtiyat dərəcəsi 6.2% (2012-ci ildə - 3.1%) idi. Yerli normativ tələblərə uyğun olaraq Bank tərəfindən qiymətləndirmə metodlarının ilkin qiymətləndirməsinə əsasən 2012-ci ildə bitən müddət üzrə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 10.93 %-dən artaraq 2013-cü ildə bitən müddət üçün 15.24% təşkil etdi. Bu göstərici Bankın problemli kreditlərin işlənməsi üzrə daxili metodologiyasına əsaslanır və Bankın Kredit Komitəsi və İdarə Heyəti tərəfindən ətraflı tədqiq edilir. Problemli kreditlərin əksər hissəsi (52%) iki qrup kreditorlara aiddir ki, onlardan biri (23%) 2013-cü ilin sonu üçün problemsiz kreditlərə çevrilmişdir. Bununla belə onların təmsil etdiyi sektorunda çətinliklərin olması faktlarını və çətin bazar şəraitini nəzərə alaraq və xüsusi müddət üzrə planlaşdırılan ödənişlərdə müsbət tendensiyanı gözləyərək Bankın rəhbərliyi həmin kreditorların statusunu problemli kreditlərdən problemsiz kreditlərə dəyişməmək qərarını verdi. Daha bir problemli kredit (Problemli kreditlərdə payı 29%) üçün Bank 100% ehtiyat yaratdı.

Ən sərfəli kredit üçün müraciət et

Bazar zəif olan dövrdə davamlı qalaraq və müştərilərə xidmət göstərərək biz indi son bir neçə il ərzində inkişaf etdirdiyimiz əlaqələrdən yararlanırıq. Nəticədə biz müştəri bazasında 302,817 min AZN (386,000 min ABŞ dolları) balans ilə güclü inkişafa nail olduq. Qeyd olunan müştəri balansları əsas tələbli və müddətli hesablarda müvafiq olaraq 61% və 39% nisbətində cəmlənib (2012-ci il üçün müvafiq olaraq 58% və 42%).

Bankın 2013-cü ildə başa çatmış 12 ayı üzrə xalis mənfəəti 12028 min AZN-dən (15,332 min ABŞ dolları) ibarət oldu ki, bu da 2012-ci ilin (16,211 min AZN / 20664 min ABŞ dolları) analoji dövrü ilə müqayisədə 26% azalma deməkdir və bunun əsas səbəbləri problemli kreditlərin səviyyəsinin artması nəticəsində qrup şəklində riskə məruz qalan kreditorların kredit portfeli üzrə kreditlərin potensial itki təminatının yaradılması oldu. Bankın 2013-cü ilin başa çatmış 12 ayı üzrə ümumi əməliyyat gəliri 51,583 min AZN (65,753 min ABŞ dolları) olmuşdur, bu da 2012-ci ildə əldə olunmuş 43,142 min AZN (54,993 min ABŞ dolları) ilə müqayisədə 20% artım olmasını göstərir.

Bankın faiz gəliri 54,772 min AZN-ə (69,818  min ABŞ dolları) çatdığı bir halda, qeyri-faiz gəliri 9,172 min AZN (11,692 min ABŞ dolları) məbləğinə çatmışdır və nəticədə Bankın ümumi əməliyyat gəlirində qeyri-faiz gəlirinin pay nisbəti 18% təşkil etdi. Beynəlxalq maliyyə institutları ilə geniş danışıqlar nəticəsində, PAŞA Bank daha çox çeşiddə maliyyə alətlərini qiymətləndirməklə, öz korporativ müştərilərini ticarətin maliyyələşdirilməsi üzrə daha geniş xidmətlərlə təmin etmək iqtidarında olmuşdur. İndi o, həm də, iki beynəlxalq reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra daha münasib maliyyələşdirmə şərtləri əldə edə bilər.

Paralel olaraq, təşkilati səviyyədə Bank vaxtında və peşəkar xidmətlər göstərmək potensialını gücləndirmək məqsədilə müştərilər üçün müxtəlif seminar və görüşlər təşkil etmişdir. Sənədli əməliyyatlar üzrə göstərici (post-maliyyələşdirmə də daxil olmaqla) 92,505 AZN (117,916 min ABŞ dolları) təşkil etmişdir və 2012-ci ildə həmin rəqəm 101,648 min AZN (129,570 min ABŞ dolları) olmuşdu. PAŞA Bank üçün hazırkı strateji hədəf 2014-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 225,502 min AZN (287,447 min ABŞ dolları) məbləğinə çatdırmaqdır.

Bank, məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 36% (2012 - 34%) kapital tələbinə uyğunlaşdıraraq güclü daxili kapital yüksəlişi əldə etmişdir. Biz, Basel II və BASEL III tətbiqinin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin təmin edilməsi üzərində çalışmağa davam edərək, səhmdarlarımıza kapitalı dividend şəklində geri ödəyirik. 2013-cü ildə Bank səhmdarlara 2012-ci ilin xalis mənfəətindən 20,515 min AZN (26,150 min ABŞ dolları) məbləğində dividend ödəmişdir ki, bu da Bankın 2012-ci il üzrə ümumi xalis mənfəətinin 100 %-ni təşkil edir və qalan məbləğ Bankın keçmiş illər üzrə yığılmış mənfəətidir. 

PAŞA Bank Azərbaycan bazarında lider olmaq üçün müştərilərə rəqabətə dayanıqlı və qabaqcıl məhsullar təklif etmək yolu ilə korporativ və KOS biznesləri sahəsində bazar payını artırmaq üzərində çalışır.

*Konsolidasiya edilmiş maliyyə hesabatları əsasən başqa cür göstərilməzsə, onda bütün rəqəmlər 31 dekabr 2013-cü il tarixinədir.