Oktyabrın 3-də "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən Bankın nizamnamə kapitalı 50 milyon AZN-ə çatdırıldı.
Qeyd edək ki, bundan öncə 26 avqust tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 AZN olan 100 000 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınmışdı. Emissiya başa çatdıqda Bank 20 milyon AZN kapital cəlb etməyə müyəssər olacağı gözlənilirdi.
Bankın audit hesabatlarına nəzər saldıqda görürük ki, son 3 il ərzində bankın Nizamnamə kapitalı 11 570 min olmuşdur.
2014-cü ilin ikinci rübünə olan maliyyə göstəricilərinə əsasən Bankın məcmu kapitalı 21 mln 662 min olub.
Aşağıdakı qrafikdə isə bankın son illər ərzində məcmu kapitalının artım dinamikasını izləyə bilərik.
Bankdan saytımıza verilən məlumata əsasən hazırda bankın məcmu kapitalı 51 milyon AZN-dən bir qədər çoxdur.